“Qəbələ”nin verdiyi məbləğə dodaq büzdü, iki ayağını bir başmağa dirədi ki…

13 İyun 2023 17:00 Qəbələ 1 887
“Qəbələ”nin verdiyi məbləğə dodaq büzdü, iki ayağını bir başmağa dirədi ki…

Rafael Utrixlə yeni müqavilə imzalaya bilməyən “Qəbələ” daha bir braziliyalı ilə vidalaşmaq məcburiyyətində qalıb.

“Qırmızı-qaralar”ın ötən ilin yayında “Şamaxı”dan sıralarına qatdığı yarımmüdafiəçi yeni müqavilə şərtlərini geri çevirib.

Vaxtilə “Maribor”un şərəfini qorumuş “sambaçı” bölgə təmsilçisindən 180 min dollar tələb edib.

Bu isə “Qəbələ” rəhbərliyinin ona ödəməyə hazır olduğu məbləğdən 60 min dollar çoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM