"Qəbələ"də Elmar Baxşıyevlə bağlı yekun qərar verildi - SON DƏQİQƏ

12 İyun 2023 20:10 Qəbələ 1 616
"Qəbələ"də Elmar Baxşıyevlə bağlı yekun qərar verildi - SON DƏQİQƏ

"Qəbələ" məşqçilər korpusu ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

43 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha iki il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2022-2023-cü illər mövsümünün sonunda başa çatan məşqçilər korpusu daha iki mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq.

Xatırladaq ki, Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA