Avrokubok iştirakçısında 1000 manatın söhbəti gedir… Müştərilər qapıda

12 İyun 2023 14:00 Qəbələ 1 280
Avrokubok iştirakçısında 1000 manatın söhbəti gedir… Müştərilər qapıda

“Qəbələ”nin yetirməsi Rövlan Muradovla hələ də yeni müqavilə imzalaya bilməməsinin səbəbi məlum olub.

Demə, tərəflər arasında 1000 manatlıq fikir ayrılığı var.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “ağ-qaralar” yarımmüdafiəçinin maaşını onun istədiyi miqdarda artırmaq istəmir.

Bölgə təmsilçisi Muradova maksimum 4500 manat ödəmək niyyətindədir. Onun tələb elədiyi məbləğ isə 5500 manatdır.

“Qəbələ”lilər yaranmış qeyri-müəyyənlikdən narahatdır. Bilirlər ki, rövlanın real müştəriləri çoxdur. “Səbail”, “Turan Tovuz”, “Kəpəz” və “Zirə” milliyə namizəd futbolçunun xidmətində maraqlıdır.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM