“Hələ də özümdən razı deyiləm, mənə bir az vaxt lazımdır”

11 İyun 2023 22:40 Qəbələ 944
“Hələ də özümdən razı deyiləm, mənə bir az vaxt lazımdır”

“Hər ötən gün komandaya daha çox alışıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin qlş transferi Eyyub Allaş deyib.

Yeni ildən sonra ölkəmizdə çıxış edən belçikalı yarımmüdafiəçi qısa müddətdə komandanın aparıcı heyət üzvünə çevrilib. 16 oyunda vurduğu 3 qolla uyğunlaşma prosesini geridə qoyub:

“Lakin hələ də özümdən tam razı deyiləm. Yəqin ki, növbəti mövsümə qədər indikindən də yaxşı olacam.

“Qəbələ”yə daha çox fayda verə biləcəyimi düşünürəm. Mənə bir az vaxt lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM