“Qəbələ” bundan belə ona hər ay bu qədər maaş verəcək

11 İyun 2023 17:45 Qəbələ 2 278
“Qəbələ” bundan belə ona hər ay bu qədər maaş verəcək

"Qəbələ" müqaviləsi başa çatan daha bir futbolçusu ilə razılığa gəlib.

"Qırmızı-qaralar" Ülvi İsgəndərovla yola davam edəcək.

25 yaşlı hücumçu bölgə klubu ilə 2 illik müqaviləyə qol çəkib.

Yeni anlaşmaya əsasən, onun əməkhaqqısı artırılıb. Gələn mövsümdən etibarən hər ay 5000 manat məvacib alacaq.

Ülvi İsgəndərov "Qəbələ"nin yetirməsidir. Başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qəbələ" daha əvvəl Urfan Abbasov, Murad Musayev, İlkin Qırtımov və Emin Səfərovla müqaviləni uzadıb. Məqsəd İsayev isə komandadan ayrılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA