Komandanı Avropaya çıxaran baş məşqçi yeni müqavilə imzalamaqdan İMTİNA ETDİ – SON DƏDİQƏ

10 İyun 2023 16:00 Qəbələ 7 797
Komandanı Avropaya çıxaran baş məşqçi yeni müqavilə imzalamaqdan İMTİNA ETDİ – SON DƏDİQƏ

Mövsümü ölkə kubokunu qazanmaqla başa vuran “Qəbələ”də o pozitiv əhval-ruhiyyədən əsər-əlamət qalmayıb.

Klubda tam bir xaos və gərginlik hökm sürür.

Büdcədə gözlənilən artımın olmaması rəhbərliyin yuxusunu qaçırıb. Çün qalmaq istəyən yoxdur.

Hansı futbolçunun ağzını arayırlar, “yuxarıdan gedir”. Bu minvalla avrokuboklara normak heyətlə hazırlaşa bilməyəcəklər. İ

İstər yerlilər, istərsə də legionerlər əməkhaqlarının artırılmasında isrər edir. İndi onlara Elmar Baxşıyev də qoşulub.

Dörd ildən artıqdır “qırmızı-qaralar”ı çalışdıran baş məşqçi yeni müqaviləni imzalamaqdan boyun qaçırıb.

“Qəbələ”ni ardıcıl ikinci mövsüm Konfrans Liqasına daşıyan mütəxəssis maliyyə öhdəliyinin yaxşılaşdırılmasını tələb eləyib.

Onun digər tələbi komandanın aparıcı isimlərinin düşərgədə saxlanılmasıdır.

Baxşıyev yönətimin diqqətinə çatdırıb ki, kollektivdən ayrılanların sayı artarsa, heyəti yenidən formalaşdırmaq gərəkdir, bu da həm vaxt, həm də əsəb itkisidir, təkrar o əziyyətə qatlaşmağa isə dəyməz.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA