“Qəbələ”də daha bir ayrlıq reallaşa bilər.
Söhbət klubun yetirməsi Rövlan Muradovdan gedir.
Yarımmüdafiəçiyə ölkə xaricindən bir neçə real təklif var.
Muradov bu barədə klub rəhbərliyini məlumatlandırıb. O, legioner yaşamaq istəyini rəsmilərə açıq bildirib.
Danışıqlar müsbət yekunlaşsa 25 yaşlı vinger ölkəni tərk edəcək.
“Qarabağ”ın və “Slaviya”nın (Çexiya) gənclər komandasındakı çıxışın kənara qoysaq, onun bütün karyerası bölgə klubu ilə məxsusudur.
Muradov “Qırmızı qarlar”da 117 görüş keçirib və 12 qol, 15 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ

