Azərbaycanda nazir oğlunun ürəyi bu klubla döyünür - VİDEO

10 İyun 2023 17:40 Qəbələ 1 412
Azərbaycanda nazir oğlunun ürəyi bu klubla döyünür - VİDEO

“Bu qələbənin, kuboku qazanmağın özəlliyi başqadır”.

Futbol eksperti Emin Abbasov “Qəbələ”ni tərifləıyib.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində ölkə kubokunu qazanan bölgə klubundan danışıb.

Efirin tanınan siması bildirib ki, “qırmızı-qaralar”ın uğurlu mövsüm keçirməsi Tale Heydərovun illər əvvəl gördüyü işlərin bəhrəsidir.

Abbasov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlunun fəaliyyətini bu sözlərlə təqdir edib:

“Düzdür, “Qəbələ” vaxtilə iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, onda klubun maliyyə baxımından ən parlaq dövrü idi. İndi isə məhdud imkanlarla kuboku öz başları üzərinə qaldırırlar.

Bu, rəhbərlik və komanda üçün birəbeş sevincdir. Tale Heydərov bir neçə il öncə president postundan getsə də, bilirik ki, ürəyi həmişə “Qəbələ” ilə döyünür.

Çünki bu klub onun proyektidir. “Qəbələ” layihəsinin maliyyənin az olduğu bu dönəmdə də özünü doğruldur”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA