Prezident “sən verdiyin vədin arxasında dayanmalısan” dedi, yumşaldı və...

9 İyun 2023 11:40 Qəbələ 850
Prezident “sən verdiyin vədin arxasında dayanmalısan” dedi, yumşaldı və...

Ölkə kubokunu qazanan “Qəbələ” ciddi problemlə üzləşib.

Konfrans Liqasında iştirak edəcək komandanın büdcəsi artırılmayıb.

Futbolçuların əksəriyyəti isə əvvəlki şərtlərlə burada qalmaq istəmir və bir ucdan çıxıb gedirlər.

“Qırmızı-qaralar” cüzi maaş artımı təklif eləyir. Razılıq verən azdır, onlardan biri də Murad Musayevdir.

Bir neçə ildir komandada yer alan müdafiəçi gələn mövsümdə 1500 manat artıq pul alacaq. “Qəbələ”də 103 oyun keçirmiş zaqatalalı arxa xətt oyunçusu asanlıqla “ipə-sapa” yatmayıb.

Başqa dəvətləri olan Musayev iki dəfə müqaviləni uzadacağına söz verib, sonra isə fikrindən vaz keçib.

Axırda məsələyə Fariz Nəcəfov qarışıb. Klub prezidentinin “sən verdiyin vədin arxasında dayanmalısan” deməsi Murada təsir göstərib və birillik yeni sözləşməyə imzasını atıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA