Görün, Azərbaycan klubu 36 yaşlı kapitana hansı münasibəti bəslədi!

9 İyun 2023 19:40 Qəbələ 2 279
Görün, Azərbaycan klubu 36 yaşlı kapitana hansı münasibəti bəslədi!

"Qəbələ"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Söhbət komandanın kapitanı Asif Məmmədovdan gedir.

36 yaşlı futbolçu ilə müqavilənin müddəti daha 1 il uzadılıb.

Premyer Liqanın 33-cü turunun "Turan"la matçında (1:2) ciddi xəsarət alan futbolçu Türkiyədə əməliyyat olunmuşdu.

Bu səbəbdən mövsümü erkən başa vuran Məmmədov Konfrans Liqasında da komandasına kömək edə bilməyəcək.

Hətta uzun müddət yaşıl meydanlardan kənarda qalmaq təhlükəsi də var.

Ehtimal etmək olardı ki, belədə yarımmüdafiəçi karyerasın başa vuracaq.

Ancaq ciddi zədə də bölgə klubunu yeni əməkdaşlıqla bağlı addımından vaz keçməyə qoymayıb.

Orta xətt oyunçusu 2015-ci ildən çıxış etdiyi komandanın sadiq futbolçularından hesab olunur. Elə yeni müqavilə cəhdinin kökündə həm də bu kimi mənəvi məqamlar dayanır.

Asif yaşının çoxluğuna baxmayaraq arxada qalan sezon "Qəbələ"yə az fayda verməyib.

O, 33 görüşdə meydana çıxıb və 3 qol ötürməsi edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM