PREZİDENT: “Premyer Liqaya əlavə 2 komandanın gəlişi yaxşı olar”

8 İyun 2023 21:15 Qəbələ 2 026
PREZİDENT: “Premyer Liqaya əlavə 2 komandanın gəlişi yaxşı olar”

“İdman prinsiplərinin pozulması xoş hal deyil.

Amma əlavə 2 komandanın gəlişi yaxşı olar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

Növbəti mövsüm üçün Premyer Liqada iştirakçı sayı müzakirə olunur. 10, yoxsa 12 komandalı çempionat?

Bölgə təmsilçisinin rəhbəri sualımızı belə cavablandırıb:

“Çempionatda say artımı olacaqsa, bunu keyfiyyətli şəkildə etmək lazımdır. İnfrastruktur və şərait ürəkaçan olmalıdır.

12 komandanın olması futbolçuların futbolsuz qalmaması baxımından faydalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 17:10 Çək və bizə göndər!
5 Noyabr 03:20 İrana qalib gəldik