"Qəbələ" bu forvardla RAZILIĞA GƏLDİ - YENİ ANLAŞMA

8 İyun 2023 14:00 Qəbələ 1 926
"Qəbələ" bu forvardla RAZILIĞA GƏLDİ - YENİ ANLAŞMA

"Qəbələ"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Söhbət komandanın forvardı Ülvi İsgəndərovdan gedir.

Bölgə klubu bir neçə klubumuzdan yaxşı təklifləri olan İsgəndərovla yeni müqavilə bağlamaqla bağlı razılığa gələ bilib.

25 yaşlı futbolçu ilə anlaşmanın müddəti bir il olacaq.

"Qəbələ"nin yetirməsi son mövsüm 37 oyunda meydana çıxıb və 7 qol, 2 qol ötürməsi ilə yadda qalıb.

"Qırmızı qaralar"ın daha əvvəl İlkin Qırtımov, Emil Səfərov, Urfan Abbasov və Murad Musayevlə yeni iki illik anlaşma imzalandığını bildirək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!