Braziliyalı “Neftçi”dən danışdı, “birliyin sayəsində bunu bacardıq” dedi

8 İyun 2023 16:40 Qəbələ 1 419
Braziliyalı “Neftçi”dən danışdı, “birliyin sayəsində bunu bacardıq” dedi

“Çox xoşbəxtəm, bu, karyeramın ilk tituludur.

Unudulmaz və daim xatirəmdə yaşayacaq hislər yaşayıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ölkə kubokunu başı üzərinə qaldıran “Qəbələ”nin futbolçusu Ruan Renato deyib.

Bölgə təmsilçisi Azərbaycan kubokunun həlledici qarşılaşmasında “Neftçi”ni 1:0 hesabı ilə məğlub etməyi bacardı. Həm də “Neftçi”yə doğma olan stadionda – “Bakcell Arena”da.

“Qırmızı-qaralar”ın braziliyalı müdafiəçisi oyunboyu rəqibdən üstün oynadıqlarını deyərək qələbəni haqq etdiklərini bildirib:

“Neftçi”nin tarixini və hansı imkanlara malik olduğunu bilirik. Azərbaycanın ən köklu klubudur, güclü futbolçulara malikdir.

Lakin biz onları məğlub etməyi bacardıq. Nəyin sayəsində?

Təbii ki, birliyin və əzmkarlığın. Fikrimcə, biz komanda şəklində daha yaxşı oynadıq.

Kuboku qazanmaqda klub rəhbərliyinin, məşqçilər heyətinin, azarkeşlərin, “Qəbələ”də çalışan hər kəsin rolu var.

Titul qazanmaq hər bir futbolçunun arzusudur və heç vaxt unudulmur. İndi rahat istirahət edə bilərik”.

2021-ci ilin yayından bölgə təmsilçisinin şərəfini qoruyan 29 yaşlı müdafiəçi bu müddətdə 72 oyunda şans qazanıb ki, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!