
“Qəbələ” iki ildir xidmətindən yararlandığı Kristof Atanqanaya yeni müqavilə təklif edib.
“Qırmızı-qaralar” kamerunlu qapıçının daha 2 mövsümü Azərbaycana keçirməsində maraqlıdır.
Bunun üçün o, əvvəlki şərtlərlə burada qalmağa razılıq verməlidir. Yəni, afrikalı aylıq 2000 dollar əməkhaqqıya “ok” deməlidir.
Atanqana başa çatan mövsümdə 6-sı Premyer Liqada, 4-ü ölkə kubokunda olmaqla ümumilikdə 10 qarşılaşmada şans qazanıb.
23 yaşlı "əlcək sahib" İspaniya vətəndaşlığı da daşıyır. Qoliper peşəkar karyerasını bu ölkənin klublarında keçirib.
Bilbao “Atletik”i, “Baskoniya”, “Leyoa”, “Somorrostro”, “Arenas de Qetxo”nun formasını geyinib.
SPORTİNFO.AZ