Qapısını “Neftçi”nin üzünə bağlayan: “Bir az həyəcanlı idim, sonra onu boğa bildim”

7 İyun 2023 23:20 Qəbələ 1 701
Qapısını “Neftçi”nin üzünə bağlayan: “Bir az həyəcanlı idim, sonra onu boğa bildim”

“Kuboku qazanmağımız mənim üçün əlamətdar hadisədir.

Mövsümboyu ehtiyatda qalırdım, sona yaxın oynamağa başladım və kuboka qovuşdum”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan kubokunun sahibi olan “Qəbələ”nin qapıçısı Kristof Atanqana deyib.

İyunun 3-də “Neftçi”ylə bölgə təmsilçisi arasında baş tutan gərgin oyunda əsas heyətdə şans qazanan və 120 dəqiqə ərzində qapısının toxunulmazlığını qoruyan kamerunlu qolkiper meydanda ən yaxşılardan idi.

Başa çatan mövsümdə 6-sı Premyer Liqada, 4-ü ölkə kubokunda olmaqla ümumilikdə 10 qarşılaşmada şans qazanan 23 yaşlı "əlcək sahib"i final oyunu ilə bağlı maraqlı faktı dilə gətirib:

“Uğurda pay sahibi olduğuma görə özümü xoşbəxt hiss edirəm. Açığı, oyundan əvvəl bir az həyəcanlı idim. Lakin zaman keçdikcə ab-havaya uyğunlaşdım, həyəcanı boğa bildim.

İlk dəfədir bu cür möhtəşəm atmosferdə çıxış edirdim. Bu, həm də karyeramın ilk final oyunu idi. Futbolçu karyeramın ən unudulmaz anlarını yaşayıram”

Kristof Atanqana son iki mövsümdə 15 oyunda şans qazanıb.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA