"Qəbələ" Ramon Maçado ilə yollarını ayırıb.
2022-ci ilin yayından əyalət təmsilçisində forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.
“Qırmızı-qaralar” ona yeni sözləşmə təklif edib, lakin “sambaçı”nı əvvəlki şərtlərlə burada saxlamaq mümkün olmayıb. O, cüzi maaş artımına da “yox” deyib.
“Qəbələ”yə “Neftçi”dən keçmiş cənubi amerikalı bundan sonra ərəb ölkələrinin birində çıxış edəcək.
Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindən (Dubay) ona konkret təkliflər var. ərəblər Azərbaycanda aylıq qazancı 7000 dolları keçməyən Maçadoya 20 min dollar ödəməyə hazırdır.
Braziliyalı legioner ötən mövsüm “Qəbələ”də keçirdiyi 37 oyunda 10 qol vurub.
Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. O, komanda ilə Azərbaycan Kubokunun da qalibi olub.
SPORTİNFO.AZ

