"Ürəyi bizimlə döyünənlərə..."

5 İyun 2023 02:10 Qəbələ 732
"Ürəyi bizimlə döyünənlərə..."

"Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.

Spoortinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın futbolçusu Rövlan Muradov matçdan sonra sosial şəbəkə hesabında paylaşım edib.

25 yaşlı yarımmüdafiəçi dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Əvəzolunmaz və möhtəşəm gecə... 2-ci dəfə Azərbaycan Kubokunun qalibi oldum.

Dəstək olan, təbrik edən hər kəsə minnətdaram. Möhtəşəm azərkeşlərə, TV qarşısında izləyənlərə, 120 dəqiqə ürəyi bizimlə döyünənlərə təşəkkür edirəm. Təbriklər "Qəbələ" sevənlər!"

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM