"Qəbələ" mövsümü Azərbaycan kubokunun qalibi kimi başa vurdu.
Həlledici matçda Neftçi" üzərində qələbə qazanan (1:0) bölgə klubunun futbolçuları iki gündü qazanılan uğurun sevincini yaşamaqdadır.
Ən diqqət çəkən paylaşım isə Rövlan Muradovdan gəlib.
"7 nömrə" özünü dünya ulduzu Messiyə bənzədib.
Belə ki, vinger kuboku qucaqlayıb uzandığı yerdə fotosunu çəkdirib.
Posta isə "Eyni hekayə, fərqli insanlar" - deyə başlıq seçilib.
Oxşar hərəkəti Dünya Kubokunu qazanandan sonra Argentina millisinin dünya ulduzu Lionel Messi etmişdi.
XANOĞLAN / SPORTİNFO.AZ

