“Mən finalda da "Neftçi"yə qol vurmaq istəyirdim” – Sabiq hücumçusu

5 İyun 2023 00:30 Qəbələ 605
“Mən finalda da "Neftçi"yə qol vurmaq istəyirdim” – Sabiq hücumçusu

"Qəbələ"nin legioneri Ramon Maçado Azərbaycan Kubokunun "Neftçi" ilə final matçı (1:0) haqda açıqlama verib.

bBraziliyalı hücumçu kuboku qazanmağa layiq olduqlarını bildirib:

"Final oyununun "Neftçi"nin evində olmasına baxmayaraq, biz qalib gəlmək istəyirdik. Çətin matç olacağı bəlli idi.

Çünki finaldır. Final bir oyundan ibarət olduğuna görə, çox yaxşı hazırlaşmışdıq.

Qələbə qazanmaq üçün köklənmişdik. Bəli, sabiq klubuma qarşı oynayırdım.

Çempionat matçında "Neftçi"yə qol vurmuşdum. Finalda da qol vurub komandama xeyir vermək istəyirdim.

Çox şadam ki, kuboku qazana bildik. Bu, bizim üçün böyük uğurdur.

Mövsümü yaxşı keçirdik. Həm avrokuboklara vəsiqə qazandıq, həm də kubokun qalibi olduq. Kuboku qazanmağa layiq idik".

"Qəbələ" ilə müqaviləsi başa çatan Ramon Maçado gələcəyi haqda danışıb. 32 yaşlı forvard yeni mövsümə harada başlayacağını hələ bilmədiyini deyib:

"Bu barədə bir söz deyə bilmərəm. Hər şeyi zamana buraxaq. Zaman hər şeyi göstərəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA