İlk dəfə bunu bacaran baş məşqçinin görülməyə dəyər sevinci… VİDEO

4 İyun 2023 22:40 Qəbələ 987
İlk dəfə bunu bacaran baş məşqçinin görülməyə dəyər sevinci… VİDEO

Dünən “Qəbələ” tarixinin növbəti şanlı səhifəsini açdı.

Ölkə kubokunun finalında “Neftçi”ni 1:0 hesabıyla üstələyən “qırmızı-qaralar” ikinci dəfə bu titula yiyələndi.

Əlavə vaxtda vurulan qolla məqsədinə çatan əyalət təmsilçisinin məşqçi və futbolçuları İnqilab Məmmədovun final fitindən sonra meydanda əsl bayram ab-havası yaratdılar.

Hamı bir-birinə qarışdı, qucaqaladı, təbrik etdi…

Məşqçi karyerasının ilk trofeyini əldə edən Elmar Baxşıyev bu zaman diqqət mərkəzində idi.

Sevincindən uçmağa qanadı olmayan gənc mütəxəssis “Qəbələ” azarkeşlərini unutmadı. Tribunaya tərəf gedən çalışdırıcı bu xoş anları onlarla bölüşdü.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM