COP29

"Mən bu komandanın daha güclü olmasını istəyirəm" - Elmar Baxşıyev

3 İyun 2023 23:10 Qəbələ 801
"Mən bu komandanın daha güclü olmasını istəyirəm" - Elmar Baxşıyev

"Qəbələ" finalda "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək Azərbaycan Kubokunun qalibi olub.

Sportinfo.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı "Qəbələ" görmək istəyirəm.

- Qələbəni gətirən əsas amil nə oldu?

- Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq.

- Kubokun qazanılması "Qələbə"nin büdcəsinin artmasına səbəb ola bilər?

- Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək.

- Baş məşqçi kimi ilk kubokunuzdur. Təəssüratlarınız necədir?

- Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm.

- Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz?

- Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur.

Digər Xəbərlər
Xəbər Lenti