Türkiyəli mütəxəssis Azərbaycan kubokunun final üçün Bakıya gəldi - FOTO

3 İyun 2023 16:00 Qəbələ 923
Türkiyəli mütəxəssis Azərbaycan kubokunun final üçün Bakıya gəldi - FOTO

“Qəbələ” bu gün növbəti tituluna qovuşa bilər.

Bölgə klubu bunun üçün bu axşam ölkə kubokunun final matçında “Neftçi”ni məğlub etməlidir.

Görüş öncəsi düşərgəsə ab-hava yüksəkdir.

Surpriz qonağın gəlişi ilə motivasiya daha da yüksəlib.

Söhbət "Qəbələ" Futbol Akademiyasında uzun illər baş məşqçilik edən Halim Fıçıcıdan gedir.

Türkiyəli mütəxəssis final matçından əvvəl sabiq komandasının düşərgəsinə baş çəkib, futbolçulara uğur arzulayıb.

Onun gəlişinin düşərgədəkilərə pozitiv enerji ötürdüyünü qeyd etmək olar.

Belə düşünməyə isə akademiyanın yetirmələrindən olan Rövlan Muradovun öz feysbuk hesabından paylaşdığı post əsas verir.

Muradov sabiq məşqçisi və digər akademiya yetirməsi Murad Musayevlə olan fotosunu paylaşaraq “Hocam gəlib. Final öncəsi böyük motivasiya oldu” – deyə başlıqla paylaşıb.

Əldə etdiyimiz məlumata görə, 2008-2020-ci illər arası Azərbaycan klubunda çalışmış mütəxəssis sırf finalı izləmək üçün ölkəmizə gəlib.

Bu gün "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu saat 20:00-da başlayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"