COP29

“Neftçi” “Qəbələ”ni uda biləcək gücdə və əhvaldadır?

3 İyun 2023 16:40 Qəbələ 783
“Neftçi” “Qəbələ”ni uda biləcək gücdə və əhvaldadır?

İyunun 3-də 2022/23 mövsümünün sonuncu oyunu baş tutacaq.

Azərbaycan kubokunun final matçı çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşündən əvvəl bir vacib sual hər kəsi düşündürür.

“Neftçi” mövsümü titulla başa vura biləcək?

Premyer Liqanı üçüncü pillədə bitirməklə uğursuzluq yaşayan bakılılar üçün, bu, son şansdır.

Hədəfə çatılmasa, sponsorların hansı addım atacağını, baş məşqçinin aqibətinin necə olacağını indidən təsəvvür etmək çətin deyil. Mütləq ki, hansısa mənada dəyişikliklər olacaq.

Hə, keçək növbəti suala.

“Neftçi” “Qəbələ”ni uda biləcək gücdə və əhvaldadır?

Psixoloji faktora diqqət yetirək.

“Qəbələ” Avropa Konfrans Liqasına vəsiqəni çempionat yolu ilə təmin edib. Düzdür, “Neftçi”nin bileti də cibindədir. Fərq burasındadır ki, “qırmızı-qaralar”dan fərqli olaraq paytaxt təmsilçisi gözünü kuboka dikib.

Belə deyək, qəbələlilər qəniməti qazanmasa belə, bu, onlar üçün faciə sayılmayacaq. Eyni sözləri bakılılar üçün demək olmur. “Neftçi” mütləq və mütləq titula sahib olmalıdır. Əks halda kütləvi təzyiq və tənqiddən qaçmaq mümkün olmayacaq.

Bu məqamın özü Laurentsiu Regekampfda və yetirmələrində hədsiz narahatlıq yaratmaqdadır.

Ölkənin ən köklü komandası, istəsək də, istəməsək də 90 dəqiqə basqı altında olacaq. Elmar Baxşıyevin kollektivinin işi bu baxımdan rahatdır.

“Qəbələ”lilər oyuna hər bir halda əhvalı kök çıxacaq. Premyer Liqadakı nəticələrdən sonra “çiçəklər gül açıb”. Kubokun qazanılmasından əldə olunacaq mükafat da yerinə düşəcək.

İstənilən halda hər iki komandaya uğurlar arzulayır, güclü olanın qalib gəlməsini diləyirik.

İyunun 3-də “Bakcell Arena”da keçiriləcək məlum qarşılaşmanın 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti