"Qəbələ"nin problemi budur - “Şeytanın qıçını sındırmaq”

3 İyun 2023 00:40 Qəbələ 375
"Qəbələ"nin problemi budur - “Şeytanın qıçını sındırmaq”

"Qəbələ" Azərbaycan Kubokunda uğursuz seriyanı qırmağa çalışacaq.

Sportinfo.az xəbər verir ki, cari mövsüm turnirdə uduzmayan "qırmızı-qaralar" bunadək 5 dəfə yarışı məğlubiyyətsiz (əsas vaxtda) bitirib.

Bölgə təmsilçisi 2011/2012, 2012/2013, 2013/2014, 2015/2016 və 2019/2020 mövsümlərində ölkə kubokunda uduzmayıb, amma həmin illərin heç birində mükafat qazanılmayıb.

İyunun 3-də Azərbaycan Kubokunun finalında "Qəbələ" və "Neftçi" üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti