“Qəbələ” BU VİDEO ilə “Neftçi”ni “yandrıb-yaxdı”

2 İyun 2023 20:40 Qəbələ 1 054
“Qəbələ” BU VİDEO ilə “Neftçi”ni “yandrıb-yaxdı”

İyunun 3-də ölkə kubokunun final qarşılaşması baş tutacaq.

Şənbə gününə sayılı günlər qalmasına baxmayaraq, artıq hər iki klub təbliğat yönündə müxtəlif işlər görməyə başlayıb.

Məqsəd “Bakcell Arena”nı doldurmaq, meydanda mübarizə aparacaq futbolçuları azarkeş dəstəyini hiss etdirməkdir.

Sosial media səhifələrində kreativ paylaşımları ilə diqqət çəkən bölgə təmsilçisi bu dəfə hazırladığı video ilə “doqquzluğa vurub”.

“Qəbələ”nin SMM qrupu komandanın vaxtilə Avropa Liqasındakı ev oyunlarını “Bakcell Arena”da keçirdiyini diqqətə çatdıraraq, “Lill” üzərindəki qələbəni, həmçinin iki dəfə qrup mərhələsinə vəsiqə qazanmağı xatırladıb.

Bununla da, sözügedən stadionun “qırmızı-qaralar” üçün düşərli olduğuna işarə verib.

Videonun sonunda isə “Neftçi”ylə illər öncə “Bakcell Arena”da keçirilən və qonaqların 3:2 hesabı ilə qalib gəldiyi oyundan fraqmentlər yer alıb.

“Neftçi”nin “Qəbələ”nin məlum “atəş”inə necə cavab verəcəyi maraqla gözlənilir.

İyunun 3-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"