"Qəbələ"də kim(lər) nə iş gördü? – HAMISI ADBAAD

1 İyun 2023 09:20 Qəbələ 488
"Qəbələ"də kim(lər) nə iş gördü? – HAMISI ADBAAD

Premyer Liqanın 2022/23 mövsümü başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Qəbələ” çempionatı 4-cü yerdə yekunlaşdırıb.

“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev 36 oyunda 23 futbolçuya şans verib.

Felipe Santos hamıdan çox – 35 dəfə meydana çıxıb. İsnik Alimi və Məqsəd İsayev 34 oyunda iştirak edib. Şimali makedoniyalı yarımmüdafiəçi meydanda daha çox dəqiqə keçirib.

“Qəbələ”nin 23 futbolçusundan 2-si qapıçıdır. Səlahət Ağayev 30, Kristof Atanqana 6 görüşdə şans qazanıb.

“Qəbələ”nin hesabında olan 47 qola komandanın 13 oyunçusu imza atıb. İsnik Alimi ardıcıl ikinci mövsüm “qırmızı-qaralar”ın bombardiri olub. O, 9 dəfə fərqlənib. Ramon Maçadonun aktivində 8 qol var.

İsnik 7 penalti zərbəsini dəqiq yerinə yetirib. Komandanın qapısına təyin olunan 9 belə zərbədən 8-i qolla nəticələnib.

“Qəbələ”nin üç qolunu rəqiblər öz qapısına vurub. Petro Stasyuk, Qustavo de Fransa (hər ikisi “Səbail”) vəı Adil Nağıyev (“Şamaxı”) avtoqol müəllifi olub.

Komandamızın üzvləri də eyni sayda uğursuzluq yaşayıb. İlkin Qırtımov, Murad Musayev və İsnik Alimi avtoqola üzülüb.

futbolçu oyun dəqiqə qol sarı qırmızı
Felipe Santos 35 2718 3 7 0
İsnik Alimi 34 3033 9 9 0
Məqsəd İsayev 34 3014 2 7 0
Ruan Renato 33 2907 2 10 1
Rövlan Muradov 33 1930 2 2 1
Omar Hani 33 1187 1 4 0
Ülvi İsgəndərov 33 1146 6 0 0
Ramon Maçado 32 2318 8 2 0
Feras Abu Akal 31 2592 2 13 0
Emil Səfərov 31 1106 1 6 0
Səlahət Ağayev 30 2700 -38 3 0
İlkin Qırtımov 30 2561 0 7 1
Murad Musayev 30 2290 1 4 0
Rafael Utziq 30 2054 4 3 0
Asif Məmmədov 30 1641 0 2 0
Urfan Abbasov 14 942 0 3 1
Əyyub Allaş 13 757 3 0 0
Kristof Atanqana 6 540 -9 0 0
Andrey Strijak 6 22 0 1 0
Yaovi Akakpo 4 15 0 0 0
Hüseyn Mürsəlov 1 15 0 1 0
Mehrac Baxşalı 1 2 0 0 0
Rauf Rüstəmli 1 1 0 2 0

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"