
“Mənim fikirlərim, motivasiyam 120 faiz "Qəbələ"dədir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ”nin şimali makedoniyalı legioneri İsnik Alimi deyib.
Ötən iki mövsüm ərzində “qırmızı-qaralar”ın önəmli fiqurlarından birinə çevirilən, yerli publikanın sevimli futbolçularından olan yarımmüdafiəçi buradan ayrılacağı yönündə xəbərlərə münasibət bildirib:
“Mövsümün əvvəlində iki məqsədimiz var idi. Biri avrokuboklara vəsiqə qazanmaq, bunu etdik.
Digəri isə Azərbaycan Kubokunu qazanmaqdır. Bütün fikirlərim klubumladır.
Kubokun finalından sonra istirahətə gedəcəyik. Mediada yazılanlarla bağlı məlumatım var. Amma heç bir şərh verə bilmərəm”.