Azərbaycan klubunda kapitanla bağlı müəmmanın GİZLİ SƏBƏBİ bilindi

31 May 2023 23:40 Qəbələ 801
Azərbaycan klubunda kapitanla bağlı müəmmanın GİZLİ SƏBƏBİ bilindi

Premyer Liqanın 36-cı turunun “Qəbələ” – “Kəpəz” matçının (1:1) protokolunda bir ad diqqətimi çəkdi.

Söhbət yenicə əməliyyatdan qayıdan Asif Məmmədovdan gedir.

Düzdü, burada hər hansı qayda pozuntusundan söhbət gedə bilməz.

Peşəkar Futbol Liqasına bu mövsüm üçün sifariş verilən futbolçu rahatlıqla ehtiyat skamiyada otura bilər.

Sadəcə, 2 tur əvvəl “Turan”la oyunda aldığı zədəsi ciddi olan Məmmədov hələ də əsada gəzir.

O, Türkiyədə əməliyyat olunaraq yenicə Bakıya qayıdıb.

Maraqlıdır, belə dəonu orada oturmağa hansı ciddi səbəb əsas verib?

Baş məşqçinin istəyi.

Belə ki, Elmar Baxşıyev şəxsən özü kapitandan önəmli matçda komanda yoldaşlarının ən yaxınında olmağı, mənəvi dəstək göstərməyi istəyib.

37 yaşlı futbolçu da çalışdırıcının fikrinə müsbət reaksiya verib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti