Azərbaycan klubu bütün legionerlərlə danışıqları "dondurdu"

27 May 2023 16:20 Qəbələ 1 050
Azərbaycan klubu bütün legionerlərlə danışıqları "dondurdu"

«Qəbələ» müqavilə müddəti bitmək üzrə olan legionerlə danışıqları dayandırıb.

Bu barədə Sportinfo.az-a baş məşqçi Elmar Baxşıyev məlumat verib.

Onun bildirdiyinə görə, klub rəhbərliyi hazırda düşərgədə yer alan bütün əcnəbi futbolçuların daha 1 mövsüm burada qalmasını istəyir:

«Elə mən özüm də. Bunu onların da diqqətinə çatdırmışıq. Hələ bir müddət qabaq istəyirdik ki, müqavilə məsələsini həll edək.

Legionerlərin cavabı bu oldu ki, qoy, mövsüm başa çatsın, sonra danışarıq.

Gözəl kollektivimiz var. İstər yerlilər, istərsə də legionerlər istəyir ki, «Qəbələ» avrokuboklara vəsiqə qazansın.

Cəmi iki oyunumuz qalıb - biri çempionatda, biri də kubokda. Bu iki oyundan birini udsaq, Konfrans Liqasına vəsiqə qazanacağıq.

Legionerlər də deyir ki. əsas budur. Məqsədimizə çataq, müqavilə məsələlərinə qısa müddətdə aydınlıq gətirəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!