”Neftçi”də başladı, klubları “əlcək“ kimi dəyişdi, 200-ü ”salamladı”

26 May 2023 09:20 Qəbələ 692
”Neftçi”də başladı, klubları “əlcək“ kimi dəyişdi, 200-ü ”salamladı”

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev Premyer Liqada 200-cü oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçinin yubileyi 35-ci tura təsadüf edib.

O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.

Məqsəd Premyer Liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qara”ların üzvü kimi keçirib. Onun aktivində 3 qol var.

Premyer Liqada 2013/14 mövsümündə debüt edən İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb.

Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb.

Xatırladaq ki, “Şamaxı” – “Qəbələ” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"