AFFA “Qəbələ”nin adamını bağışladı

26 May 2023 00:30 Qəbələ 510
AFFA “Qəbələ”nin adamını bağışladı

AFFA İntizam Komitəsi Premyer Liqanın XXXV turunda “Şamaxı” ilə oyunda qırmızı vərəqə alan “Qəbələ”nin meneceri Rasim Ramaldanovla bağlı qərarda dəyişiklik edib.

oyundan sonra hakimə kənar əşya atdığı üçün referi Fərid Hacıyev tərəfindən cəzalandırılan Ramaldanovun vərəqəsi ləğv olunub.

Matçın ardından tribunanın “Qəbələ”yə aid hissəsindən meydançaya kənar əşya atılması “qırmızı-qaralar”ın 1600 manatlıq cərimələnməsinə səbəb olub.

Bundan başqa, “Sabah” – “Zirə” qarşılaşması bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğundan, birincilər 800 manat məbləğində cərimələniblər.

Digər Xəbərlər
Xəbər Lenti