"Ağlaşma qurublar, məzlum görkəm alıblar, amma bu klubun yaxşı imkanı var" - VİDEO

25 May 2023 11:20 Qəbələ 617
"Ağlaşma qurublar, məzlum görkəm alıblar, amma bu klubun yaxşı imkanı var" - VİDEO

«Qəbələ» görüntü yaradır ki, maliyyə vəziyyəti yaxşı deyil, çətinliklər çəkirlər».

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində əyalət klubunun ümumi durumuna dair maraqlı məqamları açıqlayıb.

Tanınmış şərhçi bildirib ki. «Qəbələ» normal şərtlər daxilində fəaliyyət göstərir və kifayət qədər yüksək qiymətə legionerlərin xidmətindən istifadə etmək gücündədir.

Abbasov deyib ki, «qırmızı-qaralar»ın maliyyə durumlarının pis olması barədə söylədikləri blefdir və məqsəd ictimai fikri yayındırmaqdır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti