"Qəbələ"nin legioneri mövsümün sonunu gözləmədən ölkəsinə qayıtdı

23 May 2023 17:00 Qəbələ 1 106
"Qəbələ"nin legioneri mövsümün sonunu gözləmədən ölkəsinə qayıtdı

"Qəbələ"nin legioneri Ferras Abu Akal ölkəmizi tərk edib.

O, mövsümun başa çatmasını gözləmədən vətəninə yola düşüb.

İsrailli futbolçunun bu addımı atması səbəbsiz deyil.

Azərbaycan Premyer Liqasının 34-cü turunda "Turan Tovuz"la matçda onun aldığı zədə çox ciddidir.

"6 nömrə" əməliyyat masasına oturmalıdır.

Elə ölkəsinə erkən qayıdışın səbəbi də budur. Məsləhət görülüb ki, Ferras öz ölkəsində əməliyyat olunsun.

Ötən yaydan bölgə klubunun şərəfin qoruyan 26 yaşlı yarımmüdafiəçi arxada qalan müddətdə 38 oyun keçirib və 2 qol, 2 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda