
«Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev klub rəhbərliyinin tələbini yerinə yetirib.
O, İsnik Alimi ilə Ruan Renato arasında seçim edib və üstünlüyü ikinciyə verib.
Məsələ ondadır ki, hər iki legionerə 1 illik yeni müqavilə təklif edən «qırmızı-qaralar» çətin vəziyyətlə üzləşib.
Belə ki, həm braziliyalı müdafiəçi, həm də şimali makedoniyalı yarımmüdafiəçi onlara ödənilən müvacibin xeyli artırılmasını istəyib.
Cənubi amerikalı 150 min dollardan dəm vurursa, balkanlı daha çox – 170 min dollar tələb eləyib.
«Qəbələ» əcnəbilərin arzularını yerinə yetirməkdə acizdir. Ona görə də rəsmilər baş məşqçiyə bu futbolçulardan birini seçməyi tapşırıb.
Baxşıyev çox götür-qoydan sonra Renatonun komandaya daha lazımlı olması barədə rəhbərliyə öz fikrini bildirib.
SPORTİNFO.AZ