Bu baş məşqçinin bitməyən qayğıları - Bir deyil, iki deyil...

22 May 2023 15:00 Qəbələ 536
Bu baş məşqçinin bitməyən qayğıları - Bir deyil, iki deyil...

"Qəbələ" mövsümün sonuna doğru çempionat və kubokda əla sürət yığmışdı - 6 oyun, 6 qələbə.

"Qarabağ"la oyunda seriyanın qırılması (0:3) anlaşılan idi. Amma "Turan"la matçda məğlubiyyət (1:2) gözlənilməz oldu.

Və bunda qonaların yaxşı mübarizəsi ilə bərabər "qırmızı qaralar"ın yaşadığı şanssızlıq da az rol oynamadı.

Öncə Urfan Abbasov qırmızı vərəqə aldı, ardınca Asif Məmmədov ciddi xəsarət alaraq meydanı tərk etdi. Əvəzetmə limiti bitincə komanda qarşılaşmanı 9 nəfərlə başa vurmalı oldu.

Qərb təmsilçisinə məğlubiyyət arxada qaldı. Hələ ciddi nəsə itirilməyib, sona 2 tur qalmış komanda hələ də ona lazım olan 4-cü pillədə qərarlaşıb.

Lakin təhlükə çox da uzaqda deyil. "Zirə" cəmi 2 xal geri qalır.

"Qəbələ"ni bu tur Şamaxı səfəri gözləyir. Elmar Baxşıyev "şirlər"lə oyuna böyük qayğılarla hazırlaşır. Urfan Abbasov qırmızı vərəqə cəzası, Asif Məmmədov zədə səbəbindən görüşü buraxacaq.

Kapitanlardan başqa Ferras Abu Akal da qonşu rayondakı görüşdə olmayacaq. "6 nömrə"nin də "Turan"la oyunda aldığı zədə mövsümü baş vurmasına səbəb olub.

Bu hələ harasıdı...

Yuxarıdakı itkiləri birtəhər arxada qoymaq olar. Mövsüm ərzində oxşar durum az yaşanmayıb.

Amma matçın əhəmiyyətinin "Şamaxı" üçün ölüm-qalım matçı olması əsas narahatlıqdır.

Ötən tur "Neftçi" səfərindən xalla qayıdan Cavid Hüseynovun yetirmələri yaxşı motivasiya ilə həftə ərzində bu oyuna hazırlaşıb.

Bir də meydança amilin unutmaq olmaz. Təbii meydana öyrəşən "Qəbələ"ni havası ağır olan Şamaxıda süni örtük gözləyir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"