Ata oğlu barədə xəbərlə razılaşmadı, redaksiyamıza zəng vurdu

20 May 2023 20:00 Qəbələ 1 047
Ata oğlu barədə xəbərlə razılaşmadı, redaksiyamıza zəng vurdu

Rövlan Muradovun yetirməsi olduğu “Qəbələ” ilə yeni anlaşma əldə etdiyini xəbər vermişdik.

25 yaşlı yarımmüdafiəçinin 1 illik sözləşməyə imza atması və əməkhaqqısının əvvəlki müqavilə ilə müqayisədə yüksək olması haqda informasiya əldə etmişdik.

Xəbər saytımızda dərc olunandan dərhal sonra futbolçunun atası Rövşən Muradov redaksiyamızla əlaqə saxlayıb məlumatın həqiqəti əks etdirmədiyini bildirdi:

“Rövlanla bağlı məlumat doğru deyil. Bu günə qədər “Qəbələ”ylə yeni müqavilə ilə bağlı razılıq əldə etməmişik.

Ümumiyyətlə, bu barədə söhbətimiz də olmayıb.Bütün futbolçular kimi, Rövlan da diqqətini qarşıdakı çempionat və kubok oyunlarına ayırıb.

Yalnız mövsüm başa çatandan sonra yeni müqavilə ilə bağlı danışmaq mümkündür”.

Rövlan Muradov cari mövsümdə Premyer Liqada meydana çıxdığı 32 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti