ŞOK! "Klubda işləyənlər dilənçilik edir, sələmə pul alır, marketlərə nisyə yazdırır"

19 May 2023 17:40 Qəbələ 2 522
ŞOK! "Klubda işləyənlər dilənçilik edir, sələmə pul alır, marketlərə nisyə yazdırır"

«Qəbələ» rəhbərliyindən ciddi narazılıq var. Klubda çalışan əməkdaşlardan biri iş yoldaşlarının adından redaksiyamıza növbəti dəfə məktub göndərib.

Sportinfo.az saytına müraciət edən işçi(lər) əməkhaqlarının azlığından şikayətlənib, borc içində yaşadıqlarını bildirib(lər).

Həmin məktubu təqdim edirik:

«Salam, «Sportinfo» ailəsi. Sizin ədalətiniz qarşısında baş əyirəm.

Mən də hamı kimi öz şikayətimi etməliyəm. Çünki ədalətsizliyə qarşı susmaq haramdır.

Mən «Qəbələ» haqqında sizə məlumat verməliyəm. Belə ki, kluba rəhbərlik edənlər büdcəni sırf ədalətsiz şəkildə bölür.

Ofisdə oturan qalstuklu, amma idmandankənar adamlar 5000-7000 manat əməkhaqqı alır. Fəhlələrə, sürücülərə, ustalara - klubun kasıb təbəqəsinə isə cəmi 300-500 manat maaş verirlər.

Gəlin, həqiqətən ədalətli düşünək: bu gün bu məbləğlərlə yaşamaq olar? Klubda işləyənlərin doxsan faizi dilənçilik edir.

Sələmə pul alır, marketlərə nisyə yazdırır. Ondan-bundan pul dilənirlər. Hələ klubun məşqçilərinin özləri rayon camaatından pul dilənir.

Belə klubdan nəticə gözləmək nə qədər düz məsələdir? Bu vəziyyəti sizə çatdırmalıyıq.

Maddi qiyməti olmayan adamlar niyə futbolda işləyir? Və biz qiymətsiz adamlardan niyə futbol istəyirik?

Xahiş edirik, problemləri araşdırın və işıqlandırın. «Sportinfo» onların kasıb-kusubun ağzından kəsib yedirtdiyi sayt və jurnalist toplumundan deyil.

Keçən dəfə camaatın maaşını vermədikləri üçün yazı yazdız. Artıq neçə aydır maaşlar vaxtında köçür.

Jurnallstika vicdan məsələsidir. «Sportinfo» ədalətli saytdır.

Niyə axı «Qəbələ»də az maaşa işini itirmək qorxusu ilə klub rəhbərliyinin əsiri olanlar haqda yazmayasız?

«Səni çıxardaram», «çöldə işci çoxdur», «sakit dur», «mən 1000 manat alım, sən 300 manat» deyib, insanları təsir altında işlədirlər».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"