
Abu Akal Feras “Qəbələ” rəhbərliyinə güzəştə gedib.
Ötən ilin yayında Azərbaycana gələn israilli legioner 1+1 illik müqavilənin ikinci hissəsinin qüvvəyə minməsi üçün tələb etdiyi məbləği (100 min dollar) aşağı salıb.
Birinci sezonunda aylıq 70 min dollar əməkhaqqı qarşılığında qırmızı-qara formanı geyinən yarımmüdafiəçi 100 min dollardan 10 min aşağı düşüb.
26 yaşlı Ferasr peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. 2019-cu ilin yayında “Aşdod”a keçib.
Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.
SPORTİNFO.AZ