“Tələsdik“ - Deyir ki, “Qəbələ” buna görə uduzmayıb

17 May 2023 17:40 Qəbələ 491
“Tələsdik“ -  Deyir ki, “Qəbələ” buna görə uduzmayıb

“Turan Tovuz”la oyuna çox yaxşı hazırlaşmışdıq. Ancaq tələskənlik qələbə qazanmağımıza mane oldu”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”la oyunla bağlı danışan “Qəbələ”nin müdafiəçisi Məqsəd İsayev deyib.

“Qırmızı-qaralar” hesabda geri düşsə də, azlıqda qalmasına rəğmən bərabərlik qolunu vurmağı bacardı.

Matçın sonlarına yaxın Asif Məmmədovun zədələnib meydanı tərk etməsi, meydan sahiblərinin əvəzetmə limitini başa vurması işi çətinə saldı. Nəticədə Xulu Siyanda son saniyədə vurduğu qolla tovuzlulara qələbə qazandırdı.

Məqsəd məğlubiyyətdə başlıca səbəb kimi tələskənliyi və qol imkanlarını boşa verməyi göstərib:

“Oyun başlayandan komandada sanki tələskənlik var idi. Çalışırdıq tez qol vuraq və bu da oyunumuza təsir edirdi.

Qırmızı vərəqənin çıxışımıza təsir etdiyini düşünmürəm. Təsir etsəydi, azlıqda qalandan sonra qol vurmazdıq, 100 faizlik qol imkanları yaratmazdıq.

Özünüz da gördüz ki, hesabı bərabərləşdirdik, hətta qələbə topunu vurmağa yaxın olduq. Sadəcə, həlledici məqamlarda bəxtimiz gətirmədi.

Qolları standart vəziyyətlərdən buraxdıq. “Turan Tovuz”un futbolçuları “duran toplar”da faydalı olmağı bacarır. Üzülməməli, qarşıdakı vacib oyunlara hazırlaşmalıyıq”.

“Qəbələ” Premyer Liqanın 35-ci turunda səfərdə “Şamaxı”nın qonağı olacaq. Mayın 22-də keçiriləcək qarşılaşma saat 16:30-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti