
“Qəbələ”nin kapitanı Asif Məmmədov əməliyyat olunub.
37 yaşlı yarımmüdafiəçidə axil vətərinin yırtılması aşkarlanıb.
Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”la görüşdə (1:2) zədələnən orta sahə oyunçusu üçün mövsüm başa çatıb.
Baş məşqçi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında komandanın liderinin üzləşdiyi problemə təəssüfləndiyini bildirib:
“Bu, 1000 futbolçudan birinin başına gələcək hadisədir. Həmin epizoda Asifə toxunan olmadı.
Topun qarışısını kəsmək istəyərkən, ayağı yerə bərk dəydi. Nə bilim, bəlkə də ona göz dəydi.
Asif son vaxtlar yaxşı formada idi, komandaya çox kömək edirdi. Yoxluğu bizim üçün böyük itkidir.
Kim bizim futbolçuların zədələnməsini arzulayırsa, elə öz başına gəlsin! Çox pis oldum“.