“Qəbələ” DƏRDƏ DÜŞDÜ

17 May 2023 16:40 Qəbələ 946
“Qəbələ” DƏRDƏ DÜŞDÜ

Avropa Konfrans Liqasına dördüncü vəsiqəyə sahiblənmək istəyən “Qəbələ” mayın 22-də növbəti görüşünə çıxacaq.

Döğma meydanda “Turan Tovuz”a uduzan bölgə təmsilçisinin növbəti rəqibi “Şamaxı”dır.

“Qırmızı-qaralar” qonşu bölgədən olan rəqiblə oyuna ciddi itkilərlə çıxacaq. Komandanın 4 vacib futbolçusu bu oyunu kənardan izləmək məcburiyyətindədir.

“Turan”la görüşdə qırmızı vərəqə alan Ürfan Abbasov, həmçinin, sarı vərəqə limitini dolduran İlkin Qırtımov “Şamaxı”yla qarşılaşmada iştirak etməyəcək.

Daha iki futbolçu isə sonuncu oyunda zədələndiyindən, mövsüm onlar üçün vaxtından əvvəl başa çatıb.

Asif Məmmədovla Feras Abu Akal da ötən həftəsonu aldığı xəsarət səbəbindən “Şamaxı” və “Kəpəz”lə duellərdə iştirak imkanından məhrum olub.

Premyer Liqanın 35-ci turu çərçivəsində mayın 22-də keçiriləcək “Şamaxı” – “Qəbələ” matçı saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti