Kapitanı təcili əməliyyata aldılar

16 May 2023 23:20 Qəbələ 601
Kapitanı təcili əməliyyata aldılar

“Qəbələ”nin kapitanı Asif Məmmədov əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçidə axil vətərinin yırtılması aşkarlanıb.

Premyer Liqanın 34-cü turunda “Turan Tovuz”la görüşdə zədələnən kapitan üçün mövsüm başa çatıb.

Məmmədovla yanaşı, “Turan Tovuz”la qarşılaşmada dizindən xəsarət alan digər yarımmüdafiəçi Feras Abu Akalın da zədəsinin ciddi olduğu müəyyənləşib.

26 yaşlı israilli orta sahə oyunçusu yenidən müayinədən keçəcək və durumuna həmin vaxt aydınlıq gələcək.

“Qəbələ” öz meydanında “Turan Tovuz”a 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!