
«Qəbələ»nin braziliyalı yarımmüdafiəçisi Felipe Santos qeyri-etik hərəkətə yol verib.
Hadisə Premyer Liqanın 34-cü turunda «Turan Tovuz»la ev matçında (1:2) yaşanıb.
Cənubi amerikalı legioner 66-cı dəqiqədə, Rafael Utrixin hesabı bərabərləşdirdiyi epizodun davamında sevincini «əndazə»dən çıxaraq qeyd edib.
Həmyerlisinə qol pası vermiş «sambaçı» üzünü qonaq komandanın ehtiyat skamyasına tərəf tutub və biədəb formada «jest»i ilə onları qıcıqlandırıb.
Bu davranış tərzi tovuzlu futbolçuları qıcıqlandırıb, ona sərt şəkildə etirazlarını bildiriblər. Gəl ki, baş hakim Nicat İsmayıllı Santosun tərbiyəsiz hərəkətinə göz yumub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: