
Ötən həftəsonu “Qarabağ” önündə darmadağın olan (0:3) “Qəbələ”, bu dəfə “Turan Tovuz”a boyun əydi.
Bölgə təmsilçilərinin amansız mübarizəsində azlıqda qalan, oyunun sonlarına yaxın Asif Məmmədovu da itirərək matçı 9 nəfərlə başa vuran qəbələlilər 1:2 hesabı ilə uduzdu.
Oyun başa çatandan sonra bir qrup yerli azarkeş “qırmızı-qaralar”ın yenilgisinə kəskin etiraz edirdi.
Mərkəzi sektordakı həmin şəxslər günahı Səlahət Ağayevdə görür, digər futbolçulardan “niyə uduzdunuz” sualı ilə hesabat tələb edirdi.
Halbuki bu bölgədən olan futbolsevərlər daim təmkinli olması ilə seçilib, hətta sevimli komandaları uduzanda belə, ona dəstək olmağı bacarıblar.
Kəskin etirazlara baxmayaraq, futbolçuların heç biri tribunadakı etirazlara münasibət bildirmədi.
Polisin işə müdaxiləsindən sonra həmin fanatlar tribunadan uzaqlaşdırıldı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: