"Qəbələ"dən 170 min dollar istədi, rəhbərliyə vaxt verdi

15 May 2023 14:40 Qəbələ 1 372
"Qəbələ"dən 170 min dollar istədi, rəhbərliyə vaxt verdi

İsnik «Qəbələ» rəhbərliyini yeni şərti ilə tanış edib.

Son iki mövsümü Azərbaycanda keçirən şimali makedoniyalı yarımmüdafiəçi növbəti mövsüm 170 min dollar qazanmaq istəyir.

Balkanlı legioner bəzi xarici ölkələrdən təkliflər aldığını və maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətində olduğunu bildirib.

Alimi deyib ki, o, heç bir halda əvvəlki şərtlərlə müqaviləsinin müddətini uzatmayacaq.

Komandanın qazandığı nəticələrdə böyük pay sahibi olduğunu söyləyən orta sahə oyunçusu rəsmilərə qərarını açıqlaması üçün mayın sonunadək vaxt verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!