Mövsümü başa vuran kapitanın ürək ağrıdan son halı - FOTOLAR

14 May 2023 23:00 Qəbələ 1 922
Mövsümü başa vuran kapitanın ürək ağrıdan son halı - FOTOLAR

Premyer Liqanın 34-cü turunda "Qəbələ" "Turan Tovuz"u qəbul edib.

Gərgin məcrada keçən oyunda meydan sahibləri rəqibinə 1:2 hesabı ilə uduzub.

Qəbələlilərin itirdiyi təkcə 3 xal olmayıb. "Qırmızı-qaralar" Asif Məmmədovun xidmətindən məhrum olub. Təcrübəli futbolçu ikinci hissənin gedişində ağır zədə alaraq meydanı xərəkdə tərk edib.

Kapitanın topuğunda sınıq olduğu ehtimal olunur. MRT müayinəsindən sonra dəqiq diaqnoz qoyulacaq.

Bu, Asif Məmmədov üçün mövsümün vaxtından əvvəl başa çatması deməkdir.

Stadionu əsaların və komanda yoldaşlarının köməyi ilə tərk edən futbolçunun fotolarını təqdim edirik.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA