
Mövsümün sonu “Qəbələ”də müqaviləsi başa çatan futbolçulardan biri də İlkin Qırtımovdur.
Ötən yay heyətə cəlb edilən təcrübəli futbolçu seçim qarşısındadır.
Hazırkı klubundan yeni müqavilə təklifi hələ də almayan arxa xətt oyunçusuna digər Premyer Liqa təmsilçilərindən ikisi ciddi maraq göstərir.
32 yaşlı oyunçu gələn təkliflərə hələ də müsbət cavab verməyib, gözləmə mövqeyi tutmağı seçib.
Bu da səbəbsiz deyil.
Əgər bölgə klubu münasib şərtlərlə yeni müqavilə təklif etsə, o, üstünlüyü hazırkı komandada qalmaqdan yana verəcək.
Azərbaycan millisinin sabiq üzvü bu mövsüm 36 oyunda meydana çıxıb və 3 asistlə yadda qalıb.
İlkin “Qəbələ”yə kimi karyerası ərzində “Simurq”, “İnter” (İndiki “Şamaxı”), “Neftçi” və “Zirə”nin şərəfin qoruyub.
XANOĞLAN / SPORTİNFO.AZ