"Neftçi"ni çalışdırmağın intizarını çəkən, mediadan daha çox dəstək gözləyən

14 May 2023 12:20 Qəbələ 1 601
"Neftçi"ni çalışdırmağın intizarını çəkən, mediadan daha çox dəstək gözləyən

Son vaxtlar bu sual Elmar Baxşıyevə tez-tez verilir - niyə futbolçulara və mediaya qarşı aqressivsiz?

Adam aqressiv olar da. Komanda avrokubokların biraddımlığındadır, hələ də son addımı ata bilmir.

Həyacanın pikə qaldığı dövrdür, hər an hər şey ola bilər. «Zirə»nin «Kəpəz» önündə 2 xal itirdiyi həftədə «Turan Tovuz»a öz meydanında uduzan «Qəbələ»nin baş məşqçisi neyləməlidir axı.

Divanə olmayıbsa, halına, sağlığına min şükür yenə!

Bu dönəmi keçmək müşkül məsələdir. Gərək əsəblərin dəmirdən möhkəm olsun. İçindəki hirsi, hikkəni, qəzəbi boğa biləsən.

Belə şans hər dəfə ələ düşməz.

Elmar Baxşıyev yaxşı dərk edir ki, fürsəti qaçırsa, həm Əli aşından olacaq, həm Vəli aşından.

Avro-bileti qapdırsa, böyük ehtimalla, nə onun özünü «Qəbələ»də saxlayacaqlar, nə də «Neftçi»yə gedə biləcək.

Gözü və ürəyi «Neftçi»dədir. Bilir ki, bu il də ora getməsə, bir də heç vaxt yolu oradan düşməyəcək.

«Neftçi»nin sükanı arxasında olmağı kim istəməz ki? Baxşıyev onun intizarını çəkir, səbirsizlənir.

Futbolçularının və medianın belə bir həssas dönəmdə ona anlayışla yanaşmamasını görür, bir az da əsəbiləşir.

O. komandasından daha çox, mətbuatdan dəstək gözləyir. Hətta lazım olandan və haqq etdiyindən daha çox.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti