Azərbaycanda əcnəbi futbolçunu xərəkdə apardılar, 15 dəqiqə… FOTO

14 May 2023 02:50 Qəbələ 654
Azərbaycanda əcnəbi futbolçunu xərəkdə apardılar, 15 dəqiqə… FOTO

Azərbaycan Premyer Liqasının 34-cü turunda "Turan Tovuz"u qəbul edən "Qəbələ" ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, oyunun 19-cu dəqiqəsində əyalət təmsilçisinin "6 nömrəsi" Feras Abu Akal sıradan çıxıb.

Onun yerinə meydana Asif Məmmədov daxil olub.

İsrailli futbolçunun zədəsi ciddi olub. Ona meydanın kənarında təqribən 15 dəqiqə tibbi yardım göstərilib.

Feras daha sonra xərəkdə soyunub-geyinmə otağına aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti