Azərbaycan klubunun kapitanı üçün mövsüm başa çatdı

14 May 2023 02:00 Qəbələ 488
Azərbaycan klubunun kapitanı üçün mövsüm başa çatdı

“Qəbələ”nin kapitanı Asif Məmmədov üçün mövsüm erkən yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”a qarşı keçirilən matçın ikinci yarısında zədələnən təcrübəli yarımmüdafiəçi bu mövsüm bir daha meydana çıxa bilməyəcək.

Bu haqda komandanın baş məşqçisi Elmar Baxşıyev “Turan Tovuz”la matçdan sonra tməlumat verib.

Baxşıyev digər zədəli Feras Abu Akalın durumuna isə tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib.

"Turan Tovuz”la matçın 19-cu dəqiqəsində zədələnən Feras Abu Akalın yerinə meydana Asif Məmmədov daxil olub. İkinci hissənin sonuna yaxın isə Məmmədov əzələsini dartaraq meydanı xərəkdə tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti